Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Tadawul All Share indeksi Bloomberg-in yerli şirkət səhmlərinin xarici sahibliyinə qoyulan məhdudiyyətlərin mümkün yumşaldılması ilə bağlı verdiyi xəbərlərə görə 5% artıb.
Səudiyyənin fond bazarının kapitallaşması bir gündə 123 milyard dollar artıb.
Mövcud qaydalar Səudiyyə Ərəbistanının açıq şirkətlərinin xarici sahibliyini 49%-lə məhdudlaşdırır. Bloomberg fond bazarı tənzimləyicisinin idarə heyətinin üzvünə istinadən xəbər verir ki, bu qayda ilin sonuna kimi ləğv edilə bilər.
Sərmayəçilər məhdudiyyətlərin götürüləcəyi təqdirdə ölkəyə əhəmiyyətli kapital axını gözləyirlər. JPMorgan gəlirin 10,6 milyard dollara çata biləcəyini təxmin edir, EFG Hermes isə yeni investisiyaları 10 milyard dollar həcmində qiymətləndirir.